Nazir Fərid Qayıbovla görüşdə Naxçıvan idmançıları da iştirak edib

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.
Milli Gimnastika Arenasında təşkil edilən görüşdə muxtar respublikadan Naxçıvan Kikboksinq Federasiyasının sədri, "Turan" Döyüş Klubunun rəhbəri Xəyal Abdullayev, Avropa çempionları Əli Əsgərov və Röya Abdullayeva, eləcə də qitə çempionatının bürünc mükafatçısı Fidan Paşayeva iştirak ediblər.
Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan görüşdə videoçarx nümayiş etdirilib, məşqçi və idmançıların uğur təəssüratları, fikirləri dinlənilib. Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb. Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.